elmeddinbehbudikoshe5Elməddin Behbud

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri 

II dünya müharibəsi illərində Almaniya ordusu Praqanın 20 kilometrliyində yerləşən Lidiçe qəsəbəsinin 105 azyaşlı sakinindən 82-sini qaz kamerasında məhv edib. Hadisənin üzərindən cəmi 3 il keçəndən sonra Lidiçedə sözügedən faciənin məsum qurbanlarının xatirəsini əbədiləşdirən muzey yaradılıb. Bir müddət sonra isə qətlə yetirilən uşaqların xatirəsinə aşağıda şəklini paylaşdığım abidə ucaldılıb.
1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayınını daha böyük olduğunu deyirlər.
1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar.
1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib.
Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq – Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) vəhşicəsinə qətlə yetirilib.
Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaqıydı. Ermənistan ordusu 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirib.
Ermənistanın mülki əhalini, xüsusi ilə məsum körpələri qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır.
Ancaq təəssüflər olsun ki, hələ də Qarabağda qətlə yetirilən fidan körpələrin xatirəsinə xüsusi abidə ucaldılmayıb (bildiyim qədər). Çox yaxşı olardı ki, Bakıda və ölkənin bir neçə iri yaşayış məntəqəsində (Gəncə, Lənkəran, Naxçıvan və s.) Ermənistanın Qarabağda vəhşicəsinə qətlə yetirdiyi uşaqların xatirəsinə abidə ucaldılsın və onların ziyarət edilməsi rəsmi protokola daxil olunsun.

13076727_10153783496183645_69832290726586527_n
Bu tip addımlar düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və təxribatının hər gün Azərbaycan ərazisində və insanların faktiki yaşadığı kənd və qəsəbələrdə hiss edilməsinə baxmayaraq rəsmi İrəvanın həyasızcasına və mütamadi şəkildə dünyaya “mələk” obrazında mesajlar verməsinin də təsirini azaltmış olardı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 98
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."