Qarabağda Ermənistan ordusunun əsgəri işgəncə ilə öldürülüb

Qarabağda Ermənistan ordusunun əsgəri işgəncə ilə öldürülüb

Müəllif: Redaktor

Baş Redaktor

18
Azərbaycanın işğal altında olan ərazisində Ermənistan ordusunun əsgərinin üzərində çoxlu qara qançırlar aşkarlanıb.

Yenicag.az Report-a istinadən bildirir ki, bu haqda məhkəmə tibbi ekspertizasının rəyində bildirilib.

Məlumata görə, ekspertiza ölümün güllə yarasından baş verdiyini təsdiqləyib.
İnformasiyaya əsasən, bu il iyunun 17-də meyidi idman meydançasında aşkarlanan Qrant Qriqoryanın atası Qaruş Qriqoryan cəsədin üzərində çoxlu sayda qara qançırların olduğunu söyləyib: “Dirsəkdən yuxarı hissəsi göm-göy idi. Görünür, onun qollarını sıxıblar”.

Xəbərdə bildirilib ki, bu hadisə ilə bağlı “ölüm həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Onun komandiri V.Balayan həbs edilib. Tağım başçısına qarşı tabeçiliyində olanları “döymə və təhqir etmə” maddələri əsasında ittiham irəli sürülüb.

Qeyd edək ki, bu il iyunun 17-də Azərbaycanın işğal altında olan torpaqlarında 1997-ci ildə anadan olmuş Qrant Qaruşeviç Qriqoryanın odlu silahdan açılan atəş nəticəsində öldüyü barədə xəbər yayılmışdı. Xəbərə görə, hadisə idman meydançasında baş verib. O vaxt hadisənin naməlum səbəbdən baş verdiyi bildirilmişdi.

Yenicag.az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti