www.sinerjipro.net

SinerjiProWide
Reklam

11844204_10206272484083762_322824496_nAzərbaycanlı partiya sədri Ərdoğana müraciətə hazırlaşır

“1990-1994-cü illərdə Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalında, Xocalı və digər bölgələrdə dinc əhaliyə qarşı soyqırım törədənlər arasında Türkiyə vətəndaşı olan ermənilərin də az olmadığı istisna edilmir”.

Bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva bildirib.
Partiya sədri bildirib ki, Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlılarla türk ləhcəsində danışan ermənilərin olduğunun söylənilməsi onların Türkiyədən gəldiklərinə şübhə doğurmur: “Düzdür, Qarabağ müharibəsində Yaxın və Orta Şərq ölkələrindən, xüsusən də Livandan ASALA üzvlərinin Azərbayacan qarşı vuruşmaları faktdır. Amma yaxın qonşumuzdan da türkləşmiş ermənilərin separatçılara dəstək göstərdikləri istisna olunmur. Bu gün atəşkəs rejimidir, amma Qarabağ savaşında ermənilərə dəstək göstərən Türkiyə vətəndaşı olan ermənilər qardaş ölkədən antiAzərbaycan təbliğatını aparırlar”.

F.Əliyeva onu da vurğulayıb ki, tarixi faktlardan da məlumdur ki, hələ Səlcuqlar Anadoluya gəlməzdən əvvəl burada yaşayan ermənilər Xəlifə Müaviyəyə müraciət edib, müsəlmanların asılılığı altında yaşamaq istədiklərini bildirmişdilər: “Erməni din adamı Ormonian 1910-cu ildə nəşr olunan “Legilse Armenienne” adlı kitabında yazırdı: “İstanbulun fəthindən sonra din dəyişən ermənilərin sayı hədsiz dərəcədə çoxaldı. Bir qismi öz mənfəətlərini düşünərək, bir qismi isə gördükləri təzyiq nəticəsində İslamı seçdilər. Türkiyə ermənilərini 3 qismə ayırırlar: müsəlman ermənilər, xristian ermənilər və “gizli” ermənilər. Uzun müddət gizli ermənilər barəsində araşdırmalar aparan professor-doktor Səlim Çöhcəyə görə, hazırda Türkiyədə ən azı 30-40 min “gizli” erməni yaşamaqdadır. Bunlar müsəlman kimi görünsələr də, Qriqorian adət-ənənələrinə əməl edirlər. Bunlar bəzən də qarşımıza kürd qiyafəsində çıxırlar. Çünki 1915-ci ildə və ondan sonra İslam dinini qəbul edən ermənilərin bir qismi də kürd kimliyinə büründülər. Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halaçoğlunun “Kürd deyə bildiyimiz insanların bir qismi əslində erməni mənşəlidirlər. PKK erməni mənşəli kürdlərdən ibarətdir” sözü çox böyük mübahisələrə yol açdı. Hazırda Ermənistanda nəşr olunan iki qəzet – “Reya Taze” və “Bota Redaksion” PKK təbliğatı ilə məşğuldur. Hətta məlumdur ki, soydaşlarının vəhşiliklərinə şərik olmaq istəyən bir qrup PKK-lı terrorçu 19-20 may 1992-ci ildə İrandan (Urmiyadan) Qarabağa gəlmişdilər”.

Partiya sədri onu da əlavə edib ki, hazırda Türkiyədə ermənilərin 5 qəzet və 1 jurnalları nəşr olunur. Onlardan ən uzun ömürlüsü “Jamanak”dır. Zaman anlamı daşıyan “Jamanak” 1908-ci ilin oktyabrında gündəlik və erməni dilində nəşrə başlayıb. Qəzetin qurucuları Gurunlu Misak və Sarkis Koçunyan adlı iki qardaş Türkiyədə yaşayan ermənidir.

Sonradan türkləşmiş ermənilərin türkiyədə müxtəlif mənsublarda olmaları haqda çox faktlar gətirmək olar. Bu gün də Qarabağ savaşında ermənilərə dəstək olan türkləşmış ermənilər maneəsiz və rahat şəkildə Türkiyədə antiAzərbaycan təbliğatı aparır və separatçılarla, terrorçularla sıx əməkdaşlıqdadırlar. Aradan xeyli vaxt keçməsinəz baxmayaraq əli soydaşlarımızın qanına bulaşan işğalçıların ifşası, onların tapılıb cəzalandırılması üçün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etməyin tam zamanıdır. Bu məsələnin reallaşdırılması üçün Azərbaycan ictimaiyyətindən dəstəyə ehtiyac var”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."