!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda vəziyyət gərginləşərsə, Rusiya Ermənistanı dəstəkləyəcək, amma...” – Rusiyalı politoloq

!Reklam – Yazi

Azərbaycan-Ermənistan cəbhəsində son gərginliyi şərh edən rusiyalı politoloq bu toqquşmaların irimiqyaslı müharibəyə çevrilməyəcəyini deyir.

Bu barədə Rusiyanın “ North&Eastern Europe Research Political Center” Mərkəzinin rəhbəri Aleksandr Sıtinin Yeniçağ.Ru-ya açıqlamasında qeyd olunub.

“Məncə, Azərbaycan və xüsusən də Ermənistan buna hazır deyil. Qərbin indiki şəraitdə Azərbaycanı dəstəkləyəcəyi inandırıcı görünmür. Ancaq Azərbaycan Qərbin münasibətləri kəskinləşdirdiyi Rusiyaya və İrana qarşı regiondakı əsas dayağına çevrilmək üçün strateji imkan qazana bilər. Azərbaycan buna hazırdırmı?”, – deyə politoloq bildirib.

Sıtinin fikrincə, Azərbaycanın mövcud hakimiyyəti Rusiya və İrana qarşı açıq çıxış etməyəcək:

“Belə bir kombinasiya çox perspektivli ola bilərdi. Çünki əks halda, Cənubi Qafqazda sivilizasiyanın lideri mövqeyini Gürcüstan tutacaq. Lakin belə bir kombinasiyanın qurulması vaxt tələb edən diplomatik işdir”.

Qarabağda genişmiqyaslı müharibənin başlayacağı təqdirdə Rusiyanın özünü necə aparması məsələsinə toxunan politoloq bildirib ki, Moskva sözdə qarşıdurmanın əleyhinə olduğunu bəyan edərək, tərəfləri sülhə çağıracaq və öz vasitəçiliyini irəli sürəcək:

“Vəziyyətin kəskinləşəcəyi təqdirdə, Moskva Ermənistanı dəstəkləyəcək – ancaq birbaşa deyil, səs-küy salmadan, ona silah göndərməklə… Hazırda Qarabağda gərginliyin artması Rusiyaya sərf etmir. Moskva İranla strateji tərəfdaşlığı düşünürkən, belə bir gərginlik ona lazım deyil”.

Rusiyalı politoloqun qənaətinə görə, indiki vəziyyətdə Qərb Cənubi Qafqazda baş verənlərə müdaxilə etməyəcək.

Yeniçağ.Az

www.yenicag.az

867
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv