www.sinerjipro.net

SinerjiProWide
Reklam

rtgrryyAvropa Liqasının “pley-off” mərhələsində bu gün keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) cavab matçı üçün heyətlər müəyyənləşib.

Komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Raydell Puponu, Azər Salahlı, Namiq Yusifov, Coşqun Diniyev
“Yanq Boyz”: Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k), Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani, Denis Zakariya, Aleksandr Qonzalez, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli, Rafael Nuzzolo, Yan Lekyaks, Roçat, Haris Tabakoviç, Samuel Afum, Milan Qayiç.
Oyunun 4-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Riçard Almeyda uğurla yerinə yetirir. “Qarabağ” 1:0 hesabı ilə öndədir.
Hakim “Yanq Boyz”un futbolçusu Stiv von Bergenə qırmızı vərəqə verir. Rəqib komanda 10 nəfərlə mübarizəni davam etdirir(qafqazinfo).

 ***

Riçard Almeyda 43-cü dəqiqədə “Qarabağ”ın ikinci qolunu vurur.

“Qarabağ” 2:0 hesabı ilə irəlidədir.

***

Oyunda ilk hissə başa çatır. Hesab 2:0 Ağdam klubunun xeyrinədir.

***

61-ci dəqiqədə Əfran İsmayılov “Qarabağ”ın üçüncü qolunu vurur.

***

Oyun başa çatır. “Qarabağ” “Yanq boyz”a 3:0 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə adlayır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.