!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"dan milli üzvünə 450 min avroluq təklif

!Reklam – Yazi

Azərbaycan çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan “Qarabağ” transfer çalışmalarını davam etdirir.

Yenicag.az xəbər verir ki, Ağdam klubu uelsli yarımmüdafiəçi Co Ledlini heyətinə qatmaq istəyib. Əldə etdiyimiz özəl məlumata görə, çempionumuz bu futbolçuya ilinə 450 min dollarlıq təklif ünvanlayıb. Lakin 30 yaşlı oyunçu 650 min dollar istəyib. Klub futbolçunun istəyi ilə razılaşmadığından danışıqlar təxirə salınıb.

Qeyd edək ki, Ledli “Kardif Siti” klubunun yetirməsidi. 2004-cü ildən 2010-a qədər məhz doğma klubunda çıxış edən və 229 oyunda 27 qola imza atan yarımmüdafiəçi daha sonra Şotlandiyanın “Seltik” klubuna üz tutub. 4 il ərzində bu komandada 106 oyun keçirib, 20 qol vuran futbolçu 2014-cü ildən “Kristal Pelas”da top qovurdu. İngiltərə təmsilçisində 83 oyuna 6 qolla yadda qalan Co bu yay klubla yollarını ayırdıqdan sonra azad agent statusu daşıyır.

Ledli Uelsin aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millidə də oynayıb. O, ölkəsinin yığmasında 73 oyuna çıxıb, 4 dəfə rəqib qapılarına yol tapıb.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

1067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv