!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"dan tarixi nəticə: Çempionlar Liqasında ilk xalı qazandıq!

!Reklam – Yazi

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Ağdam klubu 3-cü turda Madrid “Atletiko”sunu qəbul edib. “Qarabağ” ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.

Qurban Qurbanovun çalışdırdığı komandamız İngiltərədə keçirdiyi ilk matçda “Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzduğundan ilk xal və ya xallarını məhz ispanlarla görüşdə qazanmaq arzusunda idi. Qarşılaşma qolsuz başa çatıb və komandamız tarixi bir nəticəyə imza atıb. Halbuki, matçın sonlarında Dino Ndlovu haqsız yerə meydandan qovulmasaydı və ona qırmızı vərəqə göstərilən epizodda rəqib qapısına penalti təyin olunsaydı, “Qarabağ” ÇL-in qrup mərhələsində ilk qələbəsini də qazana bilərdi.

Qrupun digər görüşündə “Roma” “Çelsi”nin qonağı olacaq.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

18 oktyabr

“Qarabağ” – “Atletiko” 0:0
Sarı vərəqə: Miçel, 53. D.Ndlovu, 59. D.Ndlovu, 75. B.Hüseynov, 90+4.
Qırmızı vərəqə: D.Ndlovu, 75.
Hakimlər: Ruddi Buke, Giyom Debar, Frederik Kano.
Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie.
Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa).
Bakı Olimpiya Stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (52. Yakub Jezniçak, 71), 8. Miçel (18. Tarik Elyunussi, 85), 9. Dino Ndlovu, 10. Pedro Enrike (77. Donald Gerrye, 69), 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 4. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko (11. Anxel Korrea, 72), 14. Qabi (k), 16. Şime Vrsalko, 21. Kevin Qameyro (9. Fernando Torres, 72), 22. Nikolas Qaytan (5. Tomas Partey, 64), 24. Xose Ximenes.
Ehtiyat oyunçular: Migel Moya, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Ernandes.
Baş məşqçi: Dieqo Simeone.

“Çelsi” – 6, “Roma” – 4, “Atletiko” – 2, “Qarabağ” – 1.

www.yenicag.az

9605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv