!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağın işğalı İslam dünyasının problemidir" - Ərdoğanın baş müşaviri

!Reklam – Yazi

Azərbaycanın acısı – Türkiyə üçün faciədir.

Bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Anakarada keçirilən “Xocalı soyqırımı” adlı konfransda deyib.

Türkiyə prezidentinin müşaviri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi bütün İslam dünyasının, 1 milyard 700 milyon müsəlmanın gündəliyində olmalıdır: “Dağlıq Qarabağın işğalı yalnız Azərbaycanın problemi deyil. Bu problem Ər-Riyad, Kosovo, Qahirə və digər paytaxtlar üçün də aktualdır”.

Onun sözlərinə görə, Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi faktını sübut edən 5 minə qədər yazılı sənədlər və videosübutlar var: “Parlament 1992-ci il fevralın 26-da bütün dünya ictimaiyyətinin gözü qarşısında Xocalıda törədilən cinayətləri soyqırımı elan etməlidir”. (Trend)

Yeniçağ.az

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv