!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın “Porto”dan transferi baş tutmadı - EKSKLÜZİV+VİDEO

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” transfer çalışmalarını davam etdirir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, ağdamlıların danışıq apardığı futbolçular arasında müqavilə ilə Portuqaliyanın “Porto” klubuna məxsus olan Hernani Jorge Santos Fortes də olub.

Dünənə qədər 26 yaşlı hücumçu ilə danışıqlar aparılsa da, futbolçunun yüksək ödəniş tələb etməsi, transferin baş tutmaması ilə nəticələnib. Son Azərbaycan çempionu Hernanini icarə əsasında heyətinə qatmaq istəyib.

Qeyd edək ki, Hernani ötən mövsümü icarə əsasında Portuqaliyanın “Gimaraeş” klubunda keçirib. O, meydana çıxdığı 27 oyunda 8 qol vurub. Hernani 2015-2016 mövsümündə isə icarə əsasında Yunanıstan “Olimpiakos”unda çıxış edib.

Emin

Yenicag.az

www.yenicag.az

1345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv