!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın təyyarəsində ana-bacı söyüşü - +18 VİDEO  

!Reklam – Yazi

Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçında “Atletiko” ilə qarşılaşacaq “Qarabağ” artıq Madriddədir.

Yenicag.az xəbər verir ki, səfər zamanı Ağdam klubunu İspaniyaya aparan təyyarədə gərgin anlar yaşanıb.

Belə ki, “Qarabağ” rəhbərliyinin dəstəyi ilə Madridə aparılan idmançı Kamil Zeynallı təyyarədə olarkən sosial şəbəkə vasitəsi ilə canlı yayıma qoşulub. Bu zaman o, Məhəmməd adlı izləyisinə ana-bacı söyüşü söyməkdən çəkinməyib. Bu azmış kimi, təhqirə yol verən tanınmış sima ağdamlıların legioneri Donald Gerryeyə də “qara” deyərək irqçilik edib.

Qeyd edək ki, bu, Kamil Zeynallının təyyarədəki ilk sərgüzəşti deyil. O, dəfələrlə təyyarə qalmaqalları ilə gündəmə gəlib.

“Qarabağ” rəhbərliyinin Kamil Zeynallını hansı məqsədlə “Atletiko” ilə səfər matçına apardığı isə sual olaraq qalır.

www.yenicag.az

17333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv