!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın yarımmüdafiəçisi: “Rəqib qarşımızı sədd kimi kəsdi”

!Reklam – Yazi

karabagh“İtaliyanın “Fiorentina” klubu ilə baş tutan oyun bizim üçün tarixi görüş idi. Bu cür oyunları unutmaq çətindir”.

Bunu “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib. O, Yenicag.Az-a danışarkən Avropa Liqasının qrup mərhələsində “Fiorentina”ya məğlub olmalarının səbəblərinə toxunub.

“İtaliya heyətində yüksək səviyyəli futbolçular yetərincə idi. Rəqib bir çox istədiklərimizi həyata keçirməyə imkan vermədi. Qarşımızı sədd kimi kəsdilər. Qalib gəlməyi çox istəyirdik. Çünki qələbəyə köklənmişdik. Ancaq etiraf edim ki, bu dəfə bizdə çox şey alınmadı. Buna baxmayaraq, biz artıq növbəti matçları düşünməliyik”.

“Qarabağ”ın yarımmüdafiəçisi iki cəbhədə – həm Avroliqada, həm də yerli çempionatda mübarizə aparmağın çətinliyinə də toxunub:

“”Qarabağ”ın heyəti genişdir. Yaxşı oyunçularımız var. Buna görə də Avroliqada çıxış etməyimizin çempionatdakı mübarizəmizə çox da mane olduğunu düşünmürəm. Düzdür, asan deyil. Ancaq onsuz da həm çempionatda, həm də Avroliqada eyni səviyyədə mübarizə aparırıq”.

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv