“Qarabağla bağlı danışıqlar Rusiya ilə aparılmalıdır” – Deputat

Müəllif: Redaktor

Editor

15450994_1151613044955056_320829117_nElman Məmmədov: “Vasitəçilik missiyası ATƏT-dən alınmalı və daha nüfuzlu, müəyyən icra mexanizminə malik BMT TŞ -na verilməlidir”.

Baş nazirin müavini Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır: “Amma təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələrilə bağlı bunu demək çətindir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Belə olan halda qrupun fəaliyyətində koordinal dəyişiklik tələb olunur. Bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq? ATƏT-in tərkibində qalmağa, yaxud Minsk qrupunun bundan sonra fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək”.

Bu fonda görəsən Azərbaycan Minsk qrupunun vasitəçiliyindən imtina edə bilərmi?

Elman Məmmədov ile ilgili görsel sonucuMilli Məclisin deputatı Elman Məmmədov Yenicag.az-a açıqlamasında bildirdi ki, ATƏT və Minsk qrupu onlara bəslənilən etimadı çoxdan itirib:

“ATƏT-in Minsk qrupu ilə bağlı fikirlərimi bu illər ərzində dəfələrlə bölüşmüşəm. Yenə də həmin fikrimin üzərində qalıram. Nəyə görə münaqişənin taleyi bütün tarix boyu erməniləri müdafiə və havadarlıq edən 3 ermənipərəst dövlətin iradəsindən asılı olmalıdır? Bu 3 dövlət heç zaman ədalətli vasitəçi ola bilməz. Onlar tərəfdirlər. 10 ildən çoxdur deyirəm, bu danışıqlarda qüvvələr nisbəti dördün birə nisbətindədir: bir Azərbaycandır, dördlük isə işğalçı Ermənistan və onun havadarları olan 3 həmsədr dövlət… ATƏT-in Minsk qrupunun tərkibində 10-a yaxın dövlət var. Nə üçün onlardan bəziləri də həmsədrlik institutuna əlavə edilməsin? Məsələn, Türkiyə kimi böyük dövlət nədən burada təmsil olunmasın? Orada həmçinin tərəfsiz, bitərəf mövqe nümayiş etdirən dövlətlər də var. Nəyə görə onlar da Minsk qrupu həmsədrləri sırasına daxil edilmir? Heç olmasa bitərəf dövlətlər hesabına həmsədrlərin sayını 5-ə,7-yə, hətta 9-a çatdırmaq olar.
ATƏT və onun Minsk qrupu bir beynəlxalq qurum olaraq, bu məsələdə bütün etimadı itirib. Ortalıqda heç bir nəticə yoxdur”.

Həmsöhbətimiz vasitəçilik missiyasının BMT-yə həvalə edilməsi tərəfdarıdır: “Vasitəçilik missiyası ATƏT-dən alınmalıdır, onlardan imtina etməliyik. Daha nüfuzlu, geniş əhatəyə və müəyyən icra müxanizminə malik BMT Təhlikəsizlik Şurasına verilməlidir. Belə olanda məsələnin taleyi 3 dövlətdən deyil, daha çoxsaylı dövlətlərdən asılı olacaq. Artıq bundan sonra da ATƏT, onun Minsk qrupundan problemin ədalətli həlli üçün nəsə edəcəyini gözləmək sadəlövhlükdən, özümüzü aldatmaqdan başqa bir şey deyil. Bu gün də münaqişənin hazırkı vəziyyətdə qalmasının səbəbkarı həmsədrlərin tutduğu mövqedir”.
Millət vəkili danışıqları da Ermənistanla deyil, Rusiya ilə aparmağı təklif edir:

“Torpaqlarımızı 200 ildir ki, işğal edərək orada erməniləri yerləşdirən şimal qonşumuz çar Rusiyası, Sovet imperiyası və bugünkü Rusiya Federasiyasıdır. Ona görə də danışıqları Ermənistanla aparmamalıyıq. Ermənistan heç kimdir.

Danışıqları Rusiya ilə aparmalıyıq. Problemin müqəddəratı, həlli ondan asılıdır. ATƏT-in Minsk qrupu belədə etimad və etibarı tamamilə itirib”.

ELÇİN
Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır