Qarabağla bağlı saytın rəhbəri vətəndaşlara müraciət etdi

Müəllif: Redaktor

Editor

46167“Bu günlərdə 5 dildə fəaliyyətə başlayan “Karabakh.Today” Beynəlxalq Analitik Portalı ofis problemi üz – üzə qalıb”.

Portalın təsisçisi və baş direktoru Zaur Qəriboğlu özünün “Facebook” səhifəsində hadisəni belə şərh edib:

“Çox sevindirici haldır ki, “Karabakh Today” (www.karabakh.today) 5 dildə (Azərbaycan, İngilis, Rus, İspan, Türk) fəaliyyətə başlar, başlamaz, hədəfə vura bildi. Saytın 3 gündür fəaliyyət göstərməsinə baxmayaraq, oxucu auditoriyasının əsasını xarici ölkələr təşkil edir. Bunların arasında ilk sıralarda ABŞ, İngiltərə, İspaniya, Meksika, Türkiyə, Almaniya, Rusiya, İsrail və neçə – neçə ölkələr var. BİZ bir Azərbaycan brendinə çevriləcəyimizə inamlıyıq. Əsas odur ki, bu işi pulsuz, məhdud insan qüvvəsi ilə və ən əsası öz gücümüzlə edirik. Göstəririk ki, pulsuz da bu DÖVLƏTə, bu MİLLƏTə xidmət etmək olar. Biz bu iş üçün döymədiyimiz qapı, ağız açmadığımız insan qalmadı. Kim Qarabağ adı eşitdi, hərə bir bəhanə elədi. Hətta bu gün oturmağa da yerimiz yoxdur. Müvəqqəti bir yerdəyik, ayın 10 – na qədər də vaxt veriblər ki, çıxaq. Ayın 10 – dan sonra isə görünür Qarabağın adı kimi yetim olaraq, internet klublarda fəaliyyətimizi davam etdirəcəyik. Bütün vasitələrlə “bu dövlətə, bu millətə xidmət etməyin” deyirlər! Amma biz israrlıyıq, heç bir maddi vəziyyət, bizi bu şərəfli yoldan döndərə bilməyəcək!!! Mən bu neçə illərdə nələr görmədim, nələr eşitmədim… Dəfələrlə şahid oldum ki, candan bu VƏTƏNi sevənlər daim kənarlaşdırılır, sıxışdırılırlar. Amma Azərbaycanın pullarını sağa-sola, hətta erməni lobbisinin maraqlarına istifadə edənlər nədənsə, həmişə özlərini “vətənpərvər” kimi dövlətə də cəmiyyətə də sırıyırlar.

Hələ çox şeyi danışmıram, demirəm… Elə şeylər var ki, zamanından tez deyiləndə, mənasız olur. Sadəcə, bu məlumatı yazmağı özümə borc bildim. Çünki sayt fəaliyyətə başlayan gündən hamı soruşur ki, bu sayta neçə min xərcləmisiniz, aylıq gəliriniz nə qədərdir, kim maliyyələşdirir?! Bütün bu sualların hamısını birdəfəlik cavablandırmaq istədim. Biz bu saytın texniki tərəflərindən tutmuş, yaradıcı tərəflərinə qədər 20 qəpik belə istifadə etməmişik, etmirik də! Və BİZi heç kim maliyyələşdirmir! BİZ bütün varlığımızla cənab Prezident İlham Əliyevə inanır, güvənir, onun Azərbaycan DÖVLƏTinin, xarici siyasətini, Qarabağ siyasətini, dəstəkləyir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əlimizdən gələni əsirgəmirik, əsirgəməyəcəyik də!

Saytımız vasitəsilə təkcə, Qarabağdan yox, bənzər bütün münaqişələrdən, dünyada gedən siyasi proseslərdən yazaraq, Qarabağ adını tanıtdırmağı hədəfləmişik. Bundan öncə çalışdığımız “KarabakhİNFO.com” saytında olduğu kimi burda da hədəfimiz QARABAĞ, hədəfimiz BÖYÜK AZƏRBAYCANdır!”

Z.Qəriboğlu portalın indən sonrakı fəaliyyətindən narahat olduğunu bildirərək, bütün vicdanlı insanları bu məsələdə onlara dəstək olmağa çağırıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir