!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”la “Qəbələ”nin Avroliqa üçün- Sürprizləri

!Reklam – Yazi

100890UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ” tərəfi elə pley-off oyunlarından sonra heyətə yeni oyunçu qatacaqlarını bildirmişdilər.

Artıq hər iki komanda müəyyən transferlər həyata keçirib. Hələlik rəsmi olaraq “Qəbələ” 3, “Qarabağ” isə 2 futbolçunu heyətinə qatmağa imkan tapıb.

Roman Qriqroçuk aşağıdakı futbolçuları bəyənərək heyətə cəlb edib.

1. Fakundo Pereyra – “Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqibi Yunanıstanın PAOK klubundan icarəyə götürülüb. Argentinalı hücumçu hücum xətti ilə yanaşı yarımmüdafiənin sağ, sol cinahlarında çıxış edə bilir. Hətta o pleymeyker kimi də “Qəbələ”yə kömək edə bilər.

2. David Derlis Meza Kolli – Azərbaycanlı azarkeşlərə tanış simadır. Son 2 ildə “İnter”in şərəfini qoruyan futbolçu yarımmüdafiənin mərkəzində çıxış edir. Bakı klubundan gözəl və yaradıcı oyunu ilə tanınan Meza Kolli Qriqorçukun da diqqətini cəlb edib.

3. Vaqif Cavadov – “Xəzər Lənkəran”dan icarəyə götürülüb. Cavadov son mövsümü Türkiyə birinci dəstəsində mübarizə aparan “Boluspor”un heyətində keçirmişdi. Ordan ayrıldıqdan sonra “Xəzər Lənkəran”a transfer olunan yarımmüdafiəçi “Qəbələ”nin istəyi əsasında onlara icarəyə verilib.

“Qarabağ” isə aşağıdakı legionerlərlə güclənib.

1. Samuel Armenteros – “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Belçikanın “Anderlext” klubundan transfer ounub və 2 illik müqavilə imzalanıb. “Anderlext” Armenterosu son 2 ildə müvafiq olaraq “Feyenord” və “Villem II” klublarına icarəyə verib. Belçika klubundan əvvəl “Herenven” və “Herakles”də çıxış etmiş forvard İsveçin U-17, U-19 və U-21 millilərinin də formasını geyinib. İsveçli futbolçu hücumun sivri ucunda çıxış edir. Bu mövqedə problemlər yaşayan “Qarabağ”ın bu transferini önəmli adlandırmaq olar.

2. Mikel Markos Madera – İspaniyalı yarımmüdafiəçi. Maderanın son klubu Hayfa “Makkabi”si olub. İspaniyanın “Real Oviedo” klubunu yetirməsi olan yarımmüdafiəçi peşəkar karyerasına “Sportinq”də (Xixon) başlayıb. Sonradan İngiltərənin “Birmingem” klubuna transfer olunub. 1 mövsümü burda keçirən Markos Yunanıstan AEK klubunda isə cəmi 6 ay çıxış edib. Ordan ayrıldıqdan sonra 3 il “Xetafe”nin Uğurları üçün çalışan futbolçu 54 oyunda 1 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “transfer pəncərsi” avqustun 31-də başa çatıb(qafqazinfo).

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv