www.sinerjipro.net

SinerjiProWide
Reklam

“İmarət” fan-klubu mayın 5-də “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək Azərbaycan kubokunun final oyununun Naxçıvanda yox, başqa şəhərdə təşkil olunmasını istəyir.

Yeniçağ.az xəbər verir ki, “Qarabağ”ın fan-klubu bununla bağlı bəyanat yayıb:

“Naxçıvanın Azərbaycan Respublikasının digər əraziləri ilə quru sərhədinin olmaması hamımıza bəllidir. Bu səbəbdən doğma şəhərimizə gediş-gəliş digər regionlarımıza səfər etməkdən daha çətin başa gəlir. Mayın 5-də keçiriəcək “Qarabağ” – “Qəbələ” matçında iştirak etmək üçün ilk ağıla gələn seçim avtobusla səfəri təşkil etmək olsa da, əsində bu ən çətin olanıdı. Belə ki, avtobusla gediş-gəliş üçün hər birimizə həm pasport, həm də üç gün vaxt lazım olur. Çünki quru yolu ilə getmək üçün İran İslam Respublikasından keçmək labüddü. Digər seçim hava yolu ilə Naxçıvana yollanmaqdı ki, bunun üçün də bir nəfərin təkcə bilet xərci 120 manat tələb edir. Azarkeş qrupumuzdan 40 nəfərin (ən azı) Naxçıvana yollanacağı halda 4800 manat pul lazımdı ki, mövcud vəziyyətdə bu məbləğ bir azarkeş qrupu üçün çox ciddi rəqəmdi. Doğrudu, biz “Qarabağ”ımız üçün hər cür çətinliyə sinə gərmişik və gələcəkdə də eyni qətiyyəti sərgiləməyə hazırıq. Lakin kubokun final matçının elə də möhtəşəm stadionu olmayan və qət ediləsi məsafəsi ən uzaq olan bir şəhərimizə təyin edilməsi bizi narahat edir.

İndiyədək möhtəşəm kubok final matçları təşkil edən Peşəkar Futbol Liqası rəhbərliyinə müraciət edərək bildiririk ki, biz sizin seçiminizi başa düşürük. Siz Naxçıvanımızın insanlarının da futbolsuz qalmaması, heç olmasa, ilin bir günü də həmin şəhərdə futbol bayramının yaşanması üçün bu cür addım atmısız. Biz də, illərdi doğma şəhəri doğma komandasına həsrət qalan azarkeşlər kimi bizim üçün ən dəyərli varlığımız “Qarabağ”ımızı final matçında yalnız buraxmaq istəmirik. İnanırıq ki, siz tamaşaçı xoşbəxtliyi üçün azarkeş əziyyətini qurban verməyəcək və bu məsələyə bir daha nəzər yetirəcəksiz. “İmarət” azarkeş qrupu olaraq Peşəkar Futbol Liqası rəhbərliyindən Azərbaycan kubokunun final matçının keçirilmə yerinin dəyişdirilməsini xahiş edirik”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.