yenicag.az
yenicag.az

“Qarabağ”lılar üçün növbəti bədbəxtçilik

“Qarabağ”lılar üçün növbəti bədbəxtçilik

Müəllif: Redaktor

Editor

Azərbaycan Premyer Liqasının 16-cı turunda AZAL-ın qonağı olan “Qarabağ”ın oyunu zamanı bədbəxt hadisə baş verib.

Yeniçağ.az-a tribunada əyləşən jurnalistlərdən birinin verdiyi xəbərə görə, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Dani Kintana zədə alaraq, oyunu tərk edib. O, rəqib komandanın oyunçusu ilə toqquşub. Hadisədən sonra onun diz bağlarının ciddi zədə aldığı deyilir.

Qarşılaşmanın 20-ci dəqiqəsində zədələnən ispaniyalı futbolçu üçün meydana dərhal həkimlər çağırılıb. Onu xərəklə meydandan çıxarıblar. Futbolçu hələ də ayağa qalxa bilmir. Onun zədəsinin ciddi olduğu deyilir, bu zədə üzündən legioner oyunçu 5-6 ay oynamaya bilər.

Qeyd edək ki, Rəşad Sadıqovun da zədəli olduğu üçün bu oyunda “Qarabağ”lılara kömək edə bilməmişdi.

Aygün

Yenicag.az

 

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti