Yazı İçi 468×60

1443524659_12087446_516731685156628_52848874_nQaradağ rayon icra hakimiyyətinin binasının bir addımlığında yerləşən Massiv 1 küçəsindəki “zibil poliqon”-u görənlərin “ürəyini açır”

Adətən məişət tullantıları zibil qutularına atılır və Mənzil Kommunal İstismar (MKİS) sahəsinin tabeliyində olan maşınlar vaxtaşırı həmin zibil yeşiklərini boşaldırlar. Lakin Qaradağ rayonu, Lökbatan qəsəbəsi bu proseslerdən xəbərsizdir. Qəsəbənin istənilən küçəsinə nəzər yetirsək tullantılarla dolub, daşan zibil yeşiklərini görmək mümkündür. Bir çox küçələrdə isə tullantı yeşikləri belə yoxdur, kim hara gəldi zibili atır və nəticədə qəsəbədə üfunət qoxusu tüğyan edir.Bolgexeber.combildirir ki,fotolordan göründüyü kimi məişət tullantıları insanların evinə qədər ayaq açıb . Qaradağ rayon icra hakimiyyətinin binasının bir addımlığında yerləşən Massiv 1 küçəsindəki “zibil poliqon”-u görənlərin “ürəyini açır”. Ərazinin kanalizasiya suları da məhz Massiv 1 küçəsinə axıdılır. Buna görə də burada baş çartladan qoxunun yaratdığı ab-havanı təsəvvür etmək elədə çətin olmaz. Sakinlərin sözlərinə görə dəfələrlə bu məsələ ilə bağlı icra başçısına müraciət edilsə də, onların müraciəti elə müraciət olaraq da qalıb. Yaxud da “həll olunacaq, məsələyə baxılacaq” kimi şablon cümlələrlə sakinləri sözün əsl mənasında yola verirlər. Bildirək ki,biz də bolgexeber olaraq dəfələrlə bu mövzuya toxunsaq da ,problemin həllində heç bir irəliləyiş nəzərə çarpmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!(Bolgexeber.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."