Qaranlıq küçədə faciə – Fotolar

Müəllif: Redaktor

Editor

37cc066597Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə axşam saatlarında Bərdə-Tərtər yolunun 1-ci km də qeydə alınıb. Bərdə rayon sakini Pənah Bayramov idarə etdiyi VAZ-21103 markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyadanın başı avtomobilin ön hisəsinə çırpılıb. Aldığı zərbədən o elə hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun üzərindən çıxan kitabça

55 yaşlı Pənah Bayramov qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşa da, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Meyit isə müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Ölən şəxsin kimliyi hələlik məlum deyil

İlkin ehtimala görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs içkili olub. Hələlik onun şəxsiyyəti məlum deyil. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölənin kimliyini müəyyənləşdirməyə çalışır. Faktla bağlı Bərdə rayon polisində araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir