qetlfc21782a69Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."