Yazı İçi 468×60

50419Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onu zorlamağa cəhd edən qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə ifadələr elan edilib. Alyona Baxışova sonuncu ifadəsini dəyişib. O, ilk ifadəsində qardaşı Baxışı onu zorlamaq istədiyi üçün öldürdürünü deyib. Ötən prosesdə isə qardaşını qonşusu, ruhi xəstə Ələsgər Səlimov tərəfindən öldürüldüyünü deyib.

Bugünkü iclasda isə qardaşını qonşunun yox, özünün öldürdüyünü etiraf edib. Alyona Baxışova məhkəməyə ilk ifadəsində deyib ki, qardaşı zoofil olub. Bunu anası Bacıxanım Baxışova da etiraf edib. 17 yaşlı Alyona bildirib ki, gecə saat 4-də qardaşı onun otağına girib, cinsiyyət orqanını ona göstərək onu zorlamaq istəyib. Alyona həyətı qaçıb, qardaşı da arxasınca gəlib. Bu zaman tövlədən baltanı götürüb onu vurub. Sonra həyətdə yer qazaraq qardaşını basdırıb.

Qətlə yetirdiyi qardaşı Baxışın telefonunu isə götürərək anasına işləmək üçün əsgər yoldaşının yanına getməsi barədə mesaj yazıb. Bir müddət sonra telefon evdən tapılıb.

Alyona Baxışova qətldən 7 ay sonra qardaşını basdırdığı yerdən su keçdiyi üçün onun yerini dəyişib. Evdən uzaqda yerləşən bostanda yer qazıb. Gecə saat 5-də qardaşının meyitini basdırdığı yerdən çıxarıb. Onun cəsədi arabaya sığmadığı üçün baltayla qollarını və qıçlarını doğrayıb. O, Baxışı bostanda qazdığı yerdə basdırarkən kiçik qardaşı bunu görüb. Alyona ona pomidor əkdiyini deyib. Bir müddət sonra ordan iy gəldiyini görən kiçik qardaşı Rafiq həmin yeri qazıb və sümüklər çıxıb. Bundan sonra Alyona saxlanılıb.
Məhkəmə prosesi fevralın 18-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonun Rəcət kəndində baş verib. Alyona Baxışova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."