yenicag.az

Qarğalar Bakıya hücum edir – TƏHLÜKƏ

Qarğalar Bakıya hücum edir – TƏHLÜKƏ

Müəllif: Redaktor

Editor

2015-04-13-17-11-57800px-Raven_croakSon vaxtlar Bakıda qarğaların çoxalması müşahidə olunur. Park və bağlarda addımbaşı rast gəlinən boz qarğalar canlılarla qidalandığından yırtıcı quşların paytaxtda çoxalması sakinləri narahat edir.

Mütəxəssislərin fikrincə, qarğalar əsasən zibillik və çirkli yerlərdə məskən salırlar.

Alimlər hesab edirlər ki, boz qarğaların şəhərə köç etməsi digər quşların yoxa çıxmasına səbəb olur. Qarğaların “sevimli məşğuliyyəti” digər quşların yaşadığı yuvaları dağıtmaqdır. Qarğalar quş yuvalarından yumurtalar və yeni doğulmuş quşların balalarını oğurlayıb yeyir.

Qarğalar hətta kiçik yaşlı uşaqlar üçün də təhlükəlidir.

Biologiya elmləri doktoru, professor Qara Mustafayev bildirib ki, Bakıda boz qarğaların sayının artması ciddi problemdir.

Onun fikrincə, boz qarğa təbiətdə sanitar rolunu oynasa da, şəhər təbiəti üçün zərərli hesab olunur: “Boz qarğanın şəhər üçün ziyanı şəhərin estetik gözəlliyinə xidmət edən quşların yuvasını dağıtmaq, balalarını yemək, onları nəsil artırmağa qoymamaqdır”.

Q.Mustefayevin sözlərinə görə, qarğalar yay aylarında həddindən artıq təhlükəli olurlar: “Bakıda qarğaların artımının qarşısı alınmasa, xırda quşlarının kökü kəsiləcək. Qarğalar son vaxtlara qədər Sanqaçalda məskən salmışdılar. Bu quşlar 50 kilometr uzağa gedib, yem tapıb yedikdən sonra yenidən Bakıya tərəf gəlirlər. Beş il bundan öncə paytaxta 5-6 növ xırda quşlar gəlmişdi. Yaşılca, qaratoyuq, sığırçın, iki növ qır-qır kimi quşları Bakıda görmək olardı. Bunlar bəzək və şadlıq quşu kimi tanınırdı. Hətta Bülbül də burada yuva salmağa başlamışdı. Qarğalar paytaxta gələndən sonra həmin bəzək quşları yoxa çıxıb. Çünki qarğa həmin quşların yuvalarını taparaq onların yumurtaları ilə qidalanır. Onların nəsil artımına mane olur”.

Mütəxəssisin sözlərinə görə, paytaxta qarğaların çoxalması zibilliklərin və yaşayış massivlərinin artması ilə əlaqələndirir: “Qarğalar meşələrdə yem olmadığından şəhərə üz tutur. Bakıda isə onların yemlənməsi üçün əlverişli şərait var”.

Qarğaların çoxalması təkcə Bakıda deyil, İnkişaf etmiş Avropa ölkələrində də müşahidə olunur. Bu quşlardan yaxa qurtarmaq üçün onun yem bazası məhv edilməlidir. Oriontoloqların fikrincə, boz qarğalar insanların sağlamlığına deyil, ovqatına təsir edir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının sədri Telman Zeynalov Bakıda qarğaların sayının artmasını tullantılarla əlaqələndirib.

“Bakıda tullantılar, zibilliklər çox olduğundan qarğaların sayı da artıb. Tək Bakı yox, rayonlara gedən yollar da zibillikdir. Qarğalarla mübarizədə ilk növbədə zibilliklər təmizlənməlidir”.

Araşdırma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti