“Qarsda mədəniyyət qurultayı keçiriləcək” – Seyfullah Türksoy

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

ff_3983Avqustun 13-14-də Dünya Qarapapaq Türkləri Birliyinin təşkilatçılığı ilə Türkiyənin sərhəd şəhəri olan Qarsda Türkiyə, Azərbaycan və Borçalı aşıq sənətinə həsr olunan “Türk dünyası-Qars Aşıqlıq sənəti və Mədəniyyət Qurultayı” keçiriləcək. Bu barədə Dünya Qarapapaq Türkləri Birliyinin və İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy bildirib.

Onun sözlərinə görə, tədbirdə ondan çox ölkədən nümayəndələr iştirak edəcək və həmçinin Türkiyə, Azərbaycan və Borçalı aşıqları, alimlər, aşıq sənətinin biliciləri, ünlü sənətçilər və Türkiyənin minlərlə vətəndaşları qatılacaqlar.

Türksoy qeyd edib ki, hazırda mədəniyyət və aşıqlar qurultayına hazırlıq aparılır və tədbir çərçivəsində möhtəşəm konsert proqramı həyata keçiriləcək. Tədbirin sonunda aşıq sənətinə töhfələr verən ustad aşıqlara ödüllər də təqdim olunacaq.

Qurultayda aşıqlıq sənətinin inkişaf etməsində xidmətləri olan görkəmli ustad aşıqlardan Aşıq Şenlik, Çobanoğlu, Şimşəkoğlu, Taşlıova, Alyansoğlu, Reyhani, Aşıq Kamandar, Aşıq Hüseyn Saraçlı, Aşıq Ələsgər, Aşıq Mikayıl Azaflı, Aşıq Əmrah Gülməmmədov və başqaları anılacaq və onların yaradıcılığı haqqında məruzələr oxunacaq. Qafqazın Mədəniyyət Paytaxtına çevrilməyə namizəd olan Qars şəhərində keçiriləcək qurultay başa çatdıqdan sonra daha mükəmməl məlumat verəcəyik” deyə S.Türksoy bildirib.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır