Ölkəmizdə turizm festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək. Bu barədə açıqlamanı Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Turizm Şurasının növbəti iclası zamanı bildirib. İclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında da məlumat verib.

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Ə.Qarayev bildirib ki, 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Qeyd edək ki, bu göstərici 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib.

Həmçinin iclas zamanı o da vurğulanıb ki Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Qeyd edək ki şuranın fəaliyyətini təmin edəcək katibliyi də yaradılıb”.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi məqsədilə Naftalan neft-tədqiqat qrupunun yaradılacağını vurğulayıb.
İclasda həmçinin Milli Turizm Təbliğat Bürosunun “Bakı şəhərində Novruz bayramı zamanı bir həftə müddətində Novruz karnavalı”nın təşkili və turizm dayanacaq məntəqələrinin yaradılması haqqında layihənin təqdimatı olub.
İclasda təqdim olunan digər bir layihədə turistlərin marağına səbəb ola biləcək turizm məkanlarına, Üzeyir Hacıbəylinin, Vaqif Mustafazadənin, Leapold və Mstislav Rostropoviçlərin, “Nobel qardaşları”nın və başqa muzeylərə daha çox ziyarətçi cəlb etmək məqsədini daşıyır. Bu layihədə 2017-ci ilin mart, aprel və may aylarında Bakı şəhərində keçiriləcək Beynəlxalq festivalları, idman oyunlarını və forumları nəzərə alaraq ilkin olaraq qısa tanıtım videoçarxlarının və çap məhsullarının hazırlanıb ölkənin hava limanlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində turistlərə paylanılmasını əhatə edir.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."