yenicag.az

QAT erməni kilsəsinə pulsuz qaz verilməsi kəsilməsə…

QAT erməni kilsəsinə pulsuz qaz verilməsi kəsilməsə…

Müəllif: Redaktor

Editor

imagesAkif Nağı: “Pulsuz qaz verilən dini ocaqların siyahısından erməni kilsələri çıxarılmalıdır, belə bir addım atılmasa…”

“Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur”.

Bunu ANS-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, ermənilərdə işğalçılıq, düşmənçilik xislətinin yaranmasında əsas rol oynayan qurum məhz elə erməni kilsəsi olub. Əsrlərdir ki, bu kilsə erməniləri türkə nifrət ruhunda tərbiyyə edib. İndi də bu proses davam edir. Erməni kilsəsi Azərbaycan torpaqlarının işğalını təbliğ edən başlıca qurumlardan biridir.

Belə olan halda, torpaqlarımız işğaldan azad edilməmiş bir şəraitdə görəsən, harda yerləşməsindən asılı olmayaraq erməni kilsələrinin pulsuz qazla təminatı nə dərəcədə məntiqə uyğundur?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında SOCAR tərəfindən erməni kilsələrinin pulsuz qazla təmin edilməsini yolverilməz addım hesab etdi: “Bir vaxtlar da Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz verilməsi məsələsinə başlamışdılar. Biz o zaman da buna etiraz etdik. Nəticəsə onun üzərindən keçdilər. Belə təsəvvür yaratdılar ki, daha oradakı erməni kilsələrinə qaz verilmir. Amma indi görünür ki, verilir. Bu çox mənfi haldır. Erməni kilsələrinə heç bir halda pulsuz qaz verilməsi mümkün deyil. Bu addımın atılması məntiqə uyğun deyil. Ona görə də məsələyə yenidən baxılmalıdır. Aydın məsələdir ki, Gürcüstandakı kilsələr də ermənilərə, onların işğalçılıq niyyətlərinə xidmət edir. Bu ölkədəki ermənilər də güclü anti-azərbaycan təbliğatı aparırlar. Bunları əsas gətirərək, pulsuz qaz verilən dini ocaqların siyahısından erməni kilsələri çıxarılmalıdır. Belə bir addım atılmasa məsələni ictimailləşdirməli olacağıq”.

ELÇİN

Siyasət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti