!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QAT sədri: “Xocalı soyqırımı ilə bağlı ayrıca bir hərbi tribunal yaradılmalıdır”

!Reklam – Yazi

1298719320_xocaliBu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidovun “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı, “İşğalçılıq siyasətini qoruyan Ermənistan məhkəməyə çağırılmalıdır” fikrinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib.

“İşğal faktına, törətdiyi Xocalı soyqırımına və digər qətliamlara görə Ermənistan çoxdan beynəlxalq məhkəmələrə verilməli idi. Bilirsiniz ki, indi bu istiqamətdə Milli Məclisin bir qrup deputatı təşəbbüs edib. Xocalı soyqırımı ilə bağlı qanun layihəsi haızrlanır ki, onun da yaxın 3 ay ərzində qəbul olunacağı gözlənilir. Bu qanun layihəsinə görə Xocalı soyqırımını törədən ermənilərin, konkret şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, beynəlxalq məhkəməyə verilməsi nəzərdə tutulur. Ola bilər bu bir qədər gecikmiş addımdır, amma hər halda bu istiqamətdə səylər artırılmalıdır. Təbii ki, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Azərbaycan torpaqların işğaldan azad olunması ilə bağlı fəaliyyətini davam etdirməlidir.
Akif Nağı ile ilgili görsel sonucuEyni zamanda paralel şəkildə hüquqi müstəvidə də işlər aparılmalı, o cümlədən hərbi canilərin məhkəməyə cəlb olunması, onların cəzalandırılması üçün bütün beynəlxalq vasitə, rıçaqlardan istifadə edilməlidir. Azərbaycanlı deputatlar Xocalı soyqırımını Srebnitsada baş verən soyqırımla müqayisə edirlər. Hər iki halda soyqırım törədilib. Təəssüf ki, beynəlxalq birliyin məsələyə ikili standartdan yanaşmasının nəticəsi olaraq Srebnitsa cinayətinə görə çoxsaylı serb cinayətkarı məsuliyyətə cəlb olunsa da, Xocalı soyqırımı bu proseslərdən kənarda qalıb. Xocalı soyqırımı ilə bağlı olaraq da beynəlxalq insan haqları məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsi, ya da ayrıca bir tribunal yaradılmalıdır. Belə nümunələr də vardır. Xocalı soyqırımı ilə bağlı ayrıca bir hərbi tribunalın yaradılmasına ehtiyac var. Beynəlxalq hüquq normalarının imkan verdiyi çərçivədə Azərbaycan öz səylərini artıraraq belə bir məhkəmə prosesinin başlanmasına nail olmalıdır”.

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

1692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv