!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qax mübarizəsində yeni isim – “Paşa İlusiyski” deputatlığa iddialıdır – FOTO

!Reklam – Yazi

timthumbAzinforum.az saytı olaraq, bu günlərdə “Kəmaləddin Heydərovla Əhməd Əhmədzadənin “Qax savaşı” – SÜRPRİZ NAMİZƏD KİMDİR?” başlığı ilə yayımladığımız məqalə böyük rezonansa səbəb oldu.
(Həmin yazını bu linkdən oxuya bilərsiniz: http://azinforum.az/?p=13649)
Məqalədə Azərbaycanın ucqar, lakin səfalı Qax rayonundakı parlament seçkisi öncəsi böyük güc sahiblərinin maraqlarının toqquşmasından bəhs etmişdik. Proqnozlaşdırılan odur ki, Qaxdakı seçkilər gərginliyilə yadda qalacaq. Sözügedən məqalənin ölkənin əksər media resursları tərəfindən tirajlanması Qaxdakı dinamizmi bir az da artırıb.
Azinforum.az-ın əldə etdiyi məlumata görə, artıq Qaxdan deputatlığa iddialı olan bir nəfər tanınmış diaspor nümayəndəsi də rayonda görünməyə başlayıb. Əslən Qax rayonundan olan “Paşa İlusiyski” kimi tanınan həmin adamın Ukraynada fəaliyyət göstərən böyük diaspor təşkilatlarından birinə rəhbərlik etdiyi bildirilir. Təbliğat-təşviqat kampaniyasına qanunvericiliklə start verilmədiyi üçün, “Paşa İlusiyski” təbliğatını hələ ki, deputalığa namizəd kimi qurmur. Ən azı təqdimatın tamamilə başqa notlar üzərində qurulması bunu deməyə əsas verir. “Paşa İlusiyski” nin namizəd olacağı isə, Qaxda hamıya bəllidir. Hətta Qaxa aid Facebook-da yaradılan qruplarda “Paşa İlusuyski” seçkilərin favoriti kimi təqdim olunur. Bütün bunlar diaspor nümayəndəsinin ciddi niyyətindən xəbər verir və şübhə yoxdur ki, Paşa bəy seçkilərə ciddi maliyyə ayırmağı da planlaşdırır. Onu tanıyanlar bildirir ki, Paşa bəyin maliyyə sarıdan heç bir çətinliyi yoxdur.
Avqustun 17-sində “Paşa İlusuyski” öz Facebook profilində bir qrup turisti Qaxa apardığına dair qeyd və fotoşəkil paylaşıb. Deputatlığa iddialı olan şəxs bu barədə yazır:
“Azərbaycanın bölgələrindən, xaricindən və hətda İzraildən və Rusiyadan gələn turistlərin Qaxa səfərini təşkil etdik. Onları Qaxın turizm potensialı, tarixi abidələri barədə məlumatlandırdıq. Təşkilati dəstəyə görə Rufət Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Prezidentimiz sonuncu çıxışında qeyri -neft sektorunun inkişafının vacib olduğunu vurğuladı və prioritet sahə kimi turizm sektorunuda irəliləyişin zəruriliyini qeyd etdi. Bu çağrışa cavab olaraq, biz Qax adından, bir qaxlı kimi yeni layihəyə start verdik. Təbii ki, belə halların Qax rayonunda yaşayan əhalinin maddi rifah halının artırılmasına böyük köməyi dəyəcək”.

tiqr-e1439843266933

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv