yenicag.az
yenicag.az

Qaxda ağır qəza – Ölən və yaralanan var

Qaxda ağır qəza – Ölən və yaralanan var

Müəllif: Redaktor

Editor

retrt65Qaxda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub.

Qax rayonu Oncallı kənd sakini, 1967-ci il təvəllüdlü Xanlar Fikrət oğlu Məmmədovun idarə etdiyi “VAZ 21063” markalı 10 OR 592 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu Zəyəm kənd sakini İlkin Oruc oğlu Gülməmmədovun idarə etdiyi “Opel Vectra ” markalı 34 BC 987 dövlət nömrə nişanlı minik avtomobili Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 99-cu kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində qarşı-qarşıya toqquşub.

Qəzadan sonra “VAZ 21063” markalı maşının sürücüsü Xanlar Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İlkin Gülməmmədov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Apa.az

***
19:42

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonunun Qarabaldır kəndi ərazisində baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralı Qax Rayon Mərkəzi
Xəstəxanasına çatdırılıb və onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti