!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda ayıl ər-arvad vəhşicəsinə döyülüb

!Reklam – Yazi

imagesQax rayonunda ahıl ər-arvad döyülüb

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Qaxbaş kənd sakinləri – 1935-ci il təvəllüdlü Babucaşvili Qriqol Qiergiyeviç və onun həyat yoldaşı, 1935-ci il təvəllüdlü Muraşvili Qeno Varqoyevna müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 80 yaşlı ər-arvad gecə saatlarında yaşadığı evdə nəməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüblər.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Babucaşvili Qriqol və Muraşvili Qenonın vəziyyəti orta-ağır qiymətləndirilir. Qax rayon Polis Şöbəsindən 80 yaşlı ər-arvadın hələlik istintaqa məlum olmayan naməlum şəxslər tərəfindən döyülməsi faktını təsdiqləyiblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır(APA).

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv