Qaxda qonşular arasında dava: yaşlı qadın xəstəxanaya düşdü

Müəllif: Redaktor

Editor

114928_res_01Qaxda qonşular arasında dava: yaşlı qadın xəstəxanaya düşdü
Qaxda qonşular arasında baş verən kütləvi dava yaşlı qadının xəsarət alması ilə nəticələnib.

Hadisə rayonun Baydarlı kəndində baş verib.

Belə ki, kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan sayta bildirilib ki, K.Bəbəşova baş nahiyəsindən və bədinin müxtəlif yerlərindən aldığı çoxsaylı xəsarətlə Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib və sonda K.Bəbəşovanın döyülməsi ilə nəticələnib.

Faktla bağlı araşdırma aparılır(report).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir