!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qayınatasını bıçaqladı, qayınanasını vurdu

!Reklam – Yazi

bicaqBu gün axşam saatlarında Salyanda yeznə qayınatasını bıçaqlayıb, qayınanasına isə xəsarət yetirib.

Hadisə rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Vaqif Sahib oğlu Cəfərov qeyri-rəsmi nikahda olduğu arvadını bir müddət bundan öncə döyərək ona ağır xəsarətlər yetirib. Bununla bağlı polisə şikayət olunub.

Polisə şikayət edildiyi üçün Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Sonra o, qayınatası, 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova üzərində gəzdirdiyi bıçaqla zərbə endirib, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır(report).

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv