!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb”

!Reklam – Yazi

B2fw2O6t012ABu gün Dövlət Neft Şirkətində “Günəşli” yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

Şirkətin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, yaradılan komissiyanın rəhbəri Artur Rasizadə neft şirkətinin rəhbərliyi ilə görüşüb:

“Dekabrın 4-də bərk külək oldu və çox davam etdi, 27 saat davam etdi. Küləyin uzun zaman qalması dalğanı 8-10 metrə çatdırdı. Dalğanın gücünü qaz borusu saxlaya bilmədi və partlayış oldu. Birdən-birə işıqlar sönüb, işçilər özlərini itiriblər. Amma təlimata uyğun davranaraq qayıqlardan istifadə edərək xilas olmağa çalışıblar. Belə hesab ediblər ki, dalğanın hündürlüyü çox olduğu üçün tam suya düşməyib müəyyən hündürlükdə gözləmək qərarına gəliblər. Fikirləşiblər ki, ora gələn gəmilər onları xilas edəcək. Ora çoxlu gəmi gəlsə də, heç biri dalğalara görə yaxınlaşa bilmədilər. Gecə saat 22:30 radələrinə qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb. Hamısının təhlükəsizlik jileti olub. Onlardan üçü çıxarılıb, o birilər axtarılır. Digər qayıqdakılar hamısı salamat xilas olunub. İndi əsas məsələ itkin düşənləri tapmaqdır. Azərbaycanın bütün qurumlarının gəmiləri, vertolyotlar onların axtarışına çıxıb. Bizim əsas işimiz onları tapmaqdır”.

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağında güclü küləyin borunu sındırması nəticəsində platformada yanğın çıxıb. Orada işləyən neftçilərdən 32 nəfər xilas edilib, 30 nəfər itkin düşüb(Qafqazinfo)

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv