!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaynatasından evdən qaçan gəlinə qarşı çirkin ittihamlar… – “Gecəni Buzovnada…”

!Reklam – Yazi

rtreeYeniCag.az xəbər verir ki, Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın qaynatası Azər Rüstəmov Ölkə.Az-ın suallarını cavablandırıb.

Qeyd edək ki, Ş.Rüstəmova üç uşağını evdə qoyaraq Bakıya qaçmaqla mətbuatın gündəmindədir.

– Azər müəllim, gəlininiz bildirir ki, siz və həyat yoldaşınız onu döydüyünüzə görə evdən qaçıb.

– Siz gəlib sübutlara da baxın da…

– Sübut deyərkən nəyi nəzərdə tutursunuz?

– Gəlin sizə müsahibəsində çox şeyi səhv deyib. Bu işi polis araşdırır.

– Gəlininiz bildirir ki, boşanmaq istəyirəm. Anası isə deyir ki, siz bir neçə dəfə onun qızının üstünə kəsici alətlərlə-dəhrəylə, dəryazla hücum etmisiniz. Deyilənləri təsdiq edirsinizmi?

– Deyilənləri təsdiq yox, konkret hansı faktı deyirsinizsə, onu deyə bilərəm. Ümumi sözlə mən nə deyə bilərəm?

– Gəlininizin anası Alidə Məmmədovanın dedikləri barədə sizin fikirlərinizi bilmək istərdim…

– Elə şey qətiyyən olmayıb.

– Döymək olub?

– Qətiyyən.

– Bildirir ki, həyat yoldaşını 8-9 ayda bir dəfə görürmüş, onda da dava-dalaş olurmuş.

– Rusiya qanunlarına əsasən orada üç aydan artıq qalmaq olmaz. Oğlum üç aydan bir Azərbaycana gəlirdi.

– Gəlininiz bildirir ki, qaynanası, qaynatası və həyat yoldaşı tərəfindən təhqir olunurdu.

– Azərbaycanda qaynana-gəlin problemi həmişə olub və olacaq. Sən qabı niyə yumamısan, niyə çirklidir? Belə məsələlər söz-söhbət yarada bilər.

– Gəlininiz evi tərk edəndə xəbəriniz olmuşdu? Ümumiyyətlə, şübhələnmişdiniz?

– Evdən çıxıb qaçmaq bir anın içərisində ola bilməz. Bunun üçün müəyyən hazırlıqlar olub və sonra o, qaçıb.

– Hazırlıq deyərkən?

– Bu iş iki ay əvvəldən planlaşdırılıb. Mən özüm də şübhələnmişdim. Ona telefon almamışdım, nömrəsi də yox idi. Bunları polisə də demişəm. Məncə, bunları sizə deməyə ehtiyac yoxdur.

– Var. O baxımdan ki, ortada sizə qarşı da ittihamlar mövcuddur. Bunlar qarşı tərəfin fikirləridir, mənim yox. Ümumiyyətlə, sizin suallara cavab vermək istəməməyiniz qəribə gəlir.

– Orada əsası olmayan fikirlər var.

– Siz həm də müəllimsiniz?

– Bəli, mindən çox uşaq tərbiyə edib yola salmışam. Gəlinimi döyə bilərəmmi? Məktəbdə direktorun tədris işləri üzrə müaviniyəm.

– Gəlin sizin maşınınızın açarını və pul götürübmü?

– Gəlin gedəndə cibinə baxmamışdım. Amma maşının açarını götürüb bağa tullayıb. Səhəri gün uşaqlar bağdan tapıblar. Sandığı açıb zinət əşyalarını götürüb və Bakıda satıb. Bu haqda sənədlər də var. Nəyi neçəyə, hara satdığı da müəyyən olunub. Qaracallıdan hansı ünvana getdiyi, kimlərlə görüşdüyü, gecə kimlərlə, harada qaldığı da məlumdur.

– Gecəni Ucarda olub?

– İyulun 30-da gecə 12-yə qalmış evdən çıxıb. Həmin gecə Ağcaqabul körpüsünün üstündə oğlanla görüşüb və Buzovnaya tanışıgilə gediblər. Gecəni həmin iki oğlanla orada qalıblar. Oğlanlardan biri evin yiyəsidir, biri isə bunu dəvət edən.

– Bunların arasında yaxın münasibət olub?

– Polisin və oğlanların bildirdiyinə görə, bəli, bunların arasında intim əlaqə olub. Rəvan və Səxavət adlı iki nəfərdi. Səhv etmirəmsə, bunun intim münasibətdə olduğu Rəvandır. Hətta Rəvan da ailəlidir.

– Hər ikisi ilə?

– Şirvanlı oğlanla intim əlaqədə olublar.

– Deməli, gəlininiz ayın 30-da evdən gedib…

– Bəli, o gedəndən beş dəqiqə sonra bilmişəm. Futbola baxırdım, futbol qurtaranda yatmağa gedirdim, gördüm ki, telefon yoxdur.

– Gəlininiz sizdə olanda mobil telefon işlədirdi?

– Xeyr, biz ona telefon almamışıq. Lap əvvəl almışdıq, gördük ki, lazım deyil. Sonra qardaşlarının köməyi ilə nömrə əldə edib. Bu da evdə nömrəni gəzdirib, köhnə telefona qoyub işlədirdi. Biz bunu tutduq. Dedim bala, apar, nömrəni də anana ver. Dedim ki, aparıb araşdıracağam, görüm bu kimlərlə danışıb. Yoldaşım razı olmadı, ört-basdır elədik. Biz telefonu bunun əlindən alandan sonra nömrəni özündə gəzdirir və buna görə qardaşımın yoldaşının telefonunu oğurladı. Bu, dəqiq faktdır. Öz nömrəsi ilə həmin telefonu işlədirmiş. Bu da sübut olunub.

İntiqam VALEHOĞLU
Ölkə.Az

Gəlinin müsahibəsini BU LİNK-dən oxuya bilərsiniz.

 

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv