!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qaynayan” Ermənistan: “Qətiyyətli siyasi qüvvə olsaydı...” - Araşdırmaçı

!Reklam – Yazi

“Belə görünür ki, bu iğtişaşlar müəyyən müddət kortəbii şəkildə davam edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda bu ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində vəziyyətin gərginləşməsini və proseslərin mümkün inkişafını dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı deyib.

Araşdırmaçı alimin fikrincə, Ermənistanda xalqın Serj Sarkisyan rejimindən narazılığı maksimal həddə olsa da, bu etirazı idarə edəcək siyasi qüvvə hələ ki formalaşmayıb:

“Ermənistanın indiki şəraitində vəziyyətin hər an kəskinləşməsi gözlənilən idi. O baxımdan, seçkilər yaxınlaşdıqca bu gərginliyin daha da artacağı qətiyyən istisan deyil. Bunun əsas səbəblərindən biri də Ermənistandakı mövcud rejimin xalqa verdiyi heç bir vədi yerinə yetirməməsidir. İqtisadi tənəzzül dərinləşib, ölkəyə gələn yardımların miqdarı azalıb, xalq adi yaşam ehtiyacını belə təmin edə bilmir.

Erməni əhalinin bir hissəsi Rusiyada çalışaraq, ailələrinə göndərdikləri, yaxud da gətirdikləri pul vəsaitlərinin də həcmi xeyli azalıb. Yəni Ermənistan Azərbaycan torpaqlarında işğalçılıq siyasətini davam etdirməklə özünü saldığı təcrid vəziyyətinin ağır nəticələrinə qatlanmaqdadır. Bu isə öz növbəsində ölkədə siyasi böhranı dərinləşdirir.

Serj Sarkisyan cinayətkar rejimini davam etdirmək üçün siyasi sistemin dəyişdirilməsinə qərar verib. Ancaq Ermənistan müxalifəti buna imkan verməmək üçün daha təsirli əks addımlar atmağa çalışır. Qeyd edim ki, Sarkisyan hakimiyyətini devirmək üçün ötən illərdə bir neçə cəhd olub. Lakin xalqın bu etirazlarının önündə gedəcək qətiyyətli siyasi qüvvələrin olmaması real nəticə qazanılmasına imkan vermir.

Sarkisyan da bu kimi təhlükələri önləmək üçün ehtiyatlandığı siyasi təşkilatları müxtəlif vasitələrlə öz tərəfinə çəkə bildi. Bu addımlar sayəsində Daşnaksütyun və Tsarukyan bloku hakimiyyətlə eyni cəbhədə qərarlaşıb. Parlamentdə fraksiyası olan digər partiya və bloklar isə bu etiraz dalğasının önündə olmaycaqlar.

Keçmiş prezident Levon Ter-Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresi isə xalqı öz arxasınca aparmaq iqtidarında deyil. Belə görünür ki, bu iğtişaşlar müəyyən müddət kortəbii şəkildə davam edəcək. Ona görə də Azərbaycan bu prosesləri yaxından izləməli və torpaqlarının azad edilməsi üçün yaranan fürsəti dəyərləndirməlidir”.

A.Zeynalov

www.yenicag.az

1827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv