Qazaxda bu zamana qədər görülməmiş dəyişikliklər baş verir – FOTOLAR

Müəllif: Redaktor

Editor

 

13820354_10208716064211738_1224503134_nSon aylarda Qazax rayonunda aparılan abadlıq, quruculuq işləri qazaxlıların rəğbətini qazanıb.

Son səfərimiz çərçivəsində əyani olaraq bunu gördük. Şəhər başdan ayağa yaşıllıqlara qərq olub. Rayonda geniş şəkildə abadlıq quruculuq işləri həyata keçirilir.  Aylar öncə getdiyimiz o bərbad yollardan əsər-əlamət qalmayıb, yollar asfaltlanıb.

Burada fəaliyyət göstərən Ədəbiyyat Muzeyi rayonda muzey işinə xüsusi diqqət yetirildiyinin bariz nümunəsidir. Həmin muzeydə mühafizə olunan qiymətli eksponantlar və sənət əsərləri Azərbaycanın qədim mədəniyyət incilərinin gələcək nəslə çatdırılması işinə xidmət edir. Şəhərin Heydər Əliyev prospektində yerləşən bu muzey üçmərtəbəlidir. Birinci mərtəbədə konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Qeyd edək ki bu muzey Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.

13866656_10208716061371667_1073437194_nRayonda göz oxşayan binalardan biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qazax rayon təşkilatının inzibati binasıdır. Bu bina da müasirliyi ilə seçilir. Binanın foyesində Heydər Əliyevin büstü qoyulub. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlasdırılmışdır. Rayonda gənc nəslin asudə vaxtının təşkilində mühüm rol oynayan  tikililərdən biri də Uşaq Əyləncə Mərkəzidir. Mərkəzin ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080 kvadratmetr olan süni göl yaradılıb ki, bu da binanın görünüşünə daha bir gözəllik verib. Mərkəzdə kompyuter zalı, inzibatçı otağı, oyun zalı, bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır.

13706265_10208716063251714_1719663072_nQazax rayonu həm də idmansevərlərin tez-tez toplaşdığı və yarışlar keçirdiyi bir rayondur. Rayonda olduğumuz vaxt burada keçirilən növbəti bir idman yarışının da şahidi olduq. İyulun 24-də rayonda, Qazax rayonu Olimpiya İdman Kompleksində, Azərbaycan Respublikası Kik-Boksinq Federasiyasının, Qazax Rayonu İcra Hakimiyətinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Milli Məclisin Gənclər və İdman Komitəsinin, Heydər Əliyevin xatirəsinə, birgə təşkil etdiyi, Azərbaycan ve Gürcüstan yığma komandalarının, peşəkarlar arasında, beynəlxalq Kik-Boksinq turniri keçirilib. Qeyd edək ki, bu yarış 7-0 hesabı ilə milli yığma komandamızın qələbəsilə yekunlaşıb.

13823216_10208716062931706_547352048_nQazaxla bağlı rəsmi məlumatda deyilir ki, “2016-cı ilin birinci yarımili Qazax rayonu üçün uğurlu olmuşdur. 2016-cı ilin yerli gəlir və xərclərinin proqnozu  19670799 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6614000 manatını yerli daxilolmalar, 13056799 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 33,6 faiz, dotasiya isə 66,4 faiz olmuşdur. 2016-cı ilin birinci rübündə yerli daxilolmalar 2963072 manat proqnoza qarşı 3052392 manat və  ya  103,0 faiz yerinə yetirilərək büdcəyə  89320  manat çox vəsait mədaxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 6605771 manat icra olunmuşdur.(108%) 2016-cı ilin 6 ayında yerli xərclər  98,14 faiz və ya 178366 manat az icra olunmuşdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir. Cəmi yerli xərclər 9569621 manata qarşı 9391255 manat yerinə yetirilmişdir”.

Rəsmi rəqəmlərə etirazımız olmasa da, hesab edirik ki, elin gözü tərəzidir. Əgər icra başçısı leysan kimi yağan yağışın altında fəhlələrlə birlikdə dayanırsa, xəstəxanalardan məktəblərə qədər hamısını bir-bir gəzirsə, o zaman inkişaf qaçınılmazdır.

Qazaxda olarkən dedilər ki, Rəcəb Babaşov xüsusilə, xəstəxanalara baş çəkərək, onradakı vəziyyətllə maraqlanır. Bu zamana qədər boş olan xəstəxana, bağça soyuducuları nəhayət yemək üçü görməkdədir.

13871762_10208716062051684_724580025_nBundan başqa R.Babaşovun “mən Qazaxı abadlaşdırmağa gəlmişəm, məmurların önünü açmağa deyil” sözləri rayon sakinlərinin dilindən düşmür. Zarafatcıl olan qazaxlılar əslən Sabirabad rayonundan olan R.Babaşov üçün “sonunda rayona qazaxlı icra başçısı təyin olundu” deyirlər.

13874590_10208716063531721_561425023_n
Bayraq meydanının yenidən tikilməsi, mərkəzdəki evlərin üstlərinin icra hakimiyyətinin hesabına müasir dam örtükləri ilə dəyişdirilməsi, ən ucqar küçələrdə abadlıq işlərinin aparılması hamının diqqətini cəlb edir.

Rayon sakinləri arzu edirlər ki, Rəcəb Babaşovun bundan sonrakı fəaliyyəti də indiki kimi olsun. Çünki bağa baxsan bağ, baxmasan dağ olar. İllər ərzində baxımsızlıqdan mərkəzi küçələrində belə yaşamaq çətin olan Qazax özünün intibah dövrünü yaşamaqdadır. Özlərini yuxuda hiss edən qazaxlılar bu yuxudan oyanmaq istəmirlər.

Elçin

Bakı-Qazax-Bakı



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır