www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qazaxda narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə bağlı 4 nəfər saxlanılıb.

APA TV-nin verdiyi məlumata görə, polis əməkdaşları rayon sakini Azər Rzayev ətrafında keçirdiyi əməliyyat tədbirləri nəticəsində onun üzərindən 1 qrama yaxın heroin aşkarlayıblar. Məlum olub ki, o, narkotik maddəni bir gün əvvəl həmkəndlisi Orxan İsamyılovdan alıb.

O. İsmayılov şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı dəyəri 1600 manat olan 19 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

İstintaq əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Orxan İsmayılov həmin narkotik maddəni Bakı şəhərində qeydiyyatda olan, hazırda Qazaxda yaşayan Ruslan Yusibovdan alıb. Keçirilən əməliyyat tədbirləri zamanı Yusibov Ruslan Asif oğlu saxlanılıb, onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Ruslan Yusibov ifadəsində göstərib ki, həmin narkotik vasitəni Bakı şəhərində əldə edərək Qazaxa gətirib. Sonradan müəyyən edilib ki, həmin narkotik vasitəni o, Ağköynək kənd sakini Emilov Amil ilə birgə qazanc əldə etmək üçün əldə edib: “Hazırda cinayət işi üzrə 4 nəfər şəxs təqsirləndirilən şəxs qismində saxlanıb. Onların barəsində həbs-qətimkan tədbirləri seçilib”.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."