www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qırğız ekspert Baxtiyar Erkimbayev Qazaxıstan və Qırğızıstan arasında müşahidə olunan diplomatik böhranı Yenicag-a şərh edib.

Onun sözlərinə görə, əgər Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanda məskunlaşan beynəlxalq oliqarxların prezident seçkilərinə namizədə maliyyə və informasiya dəstəyi yoluyla seçkiöncəsi prosesə birbaşa müdaxiləsindən danışırsa, ona inanmamaq çətindir. Belə ki, bu kimi hallara beynəlxalq tərcübədə tez-tez rast gəlinir və son anda belə addımlar ağır siyasi böhranlara səbəb olur, hətta silahlı münaqişəyə yol açır.

Ekspert qeyd edib ki, 2017-ci il oktyabrın 7-də Qırğızıstan prezidentinin emosional çıxışına səbəb həm də bundan bir neçə saat əvvəl yaxın dostu, Baş nazirin müavini Temir Cumakadırovun ölümü barədə xəbər alması olub. Lakin Atambayev iki ölkə xalqlarının dostluğundan bəhs edərək, yalnız qonşu dövlətin hakimiyyətinə, yuxarı elitasına iradını bildirib.

Öz növbəsində, Qazaxıstan XİN də etiraz notasında Qırğızıstan prezidentinin iddialarını tənqid edib, lakin bu açıqlamanın iki ölkə xalqları arasındakı möhkəm dostluq əlaqələrinə ziyan verə bilməyəcəyini vurğulayıb.

Qazaxıstan və Qırğızıstanın Avsrasiya İqtisadi İttifaqının üzvləri olduğunu xatırladan ekspert ölkələrarası münasibətlərdə gərginliyin saxlanacağını, lakin bunun heç bir ciddi nəticə doğurmayacağını qeyd edib. Belə ki, hər hansı birtərəfli sanksiyanın qəbul edilməsi bütün təşkilatın işinə mənfi təsir göstərə bilər.

Ekspertin fikrincə, heç nəyə baxmayaraq, Atambayev qeyri-rəsmi də olsa, Qazaxıstan üçün “Persona non grata” hesab olunacaq.
Erkimbayev yeni prezidentin seçilməsindən sonra ölkələr arasındakı münasibətlərin nizama salınacağını da proqnozlaşdırıb.

Nicat Hacıyev

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 786
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."