!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda atışma – 6 ölü, 11 yaralı (VİDEO+Yenilənib)

!Reklam – Yazi

atismaQazaxıstanın Aktoba şəhərində atışma nəticəsində 6 nəfər ölüb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Almas Sadubayev bildirib.

Onun sözlərinə görə, naməlum şəxslər Aktoba şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etiblər. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb.

Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.

A. Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib.

Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir. (trend)

***

Qazaxımtanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın “Diapazon” nəşri məlumat yayıb.

Şahidlər qəzetə bildiriblər ki, atışma bu gün saat 13:00 radələrində başlayıb. Əvvəlcə soyğunçular Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər. Atışma zamanı 2 nəfər xəsarət alıb. Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir. Qəzet yazır ki, hazıra şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.

 

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv