!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda Qarabağ sərgisi açıldı- Fotolar

!Reklam – Yazi

ssewTuran Qurultayına gələnlərə Azərbaycanla bağlı kitab və disklər hədiyyə olunub

Qazaxstanın Çimkənd vilayətində qurulan Turan şəhərində qurultay davam edir. Xəbər verdiyimiz kimi, qurultayda Azərbaycan da geniş nümayəndə heyəti ilə iştirak edir.

“Yeni Çağ” (www.yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, Turan Qurultayında Azərbaycan nümayəndə heyəti Qarabağ sərgisi təşkil edib: “Azərbaycan Türkiyə Evi, ATXƏM,  “Yeni Nəfəs” Hərəkatı və “Azərmedia” Araşdırmalar Qrupunun üzvləri gətirdikləri kitab, broşura və disklərdən ibarət sərgi təşkil etdilər. Həm Qarabağ, həm də Azərbaycanla bağlı rus, ingilis, türk dillərində kitabları Qurultay nümayəndələrinə payladıq. Sərgi zamanı Türk Dünyasının müxtəlif ölkələrindən gələn türklərə Azərbaycanın ağrılı yeri-Qarabağ məsələsi anladıldı”.

Qarabağla bağlı sərgi Qurultay iştirakçılarının diqqətinə səbəb oldu. Sərgidə Azərbaycan dilində kitablarla yanaşı Türkiyənin məşhur İnsani Yardım Vəqfinin (İHH) Xocalı soyqırımı ilə bağlı nəşr etdiyi “Xocalını unutma” broşuru da paylanıb. 

Qeyd edək ki, Qurultayda Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlı, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, “Yenicag.az” İnternet Qəzetinin baş redaktoru və Avrasiya Qəzetçilər Dərnəyi Qafqaz təmsilçisi Aqil Ələsgər,125-lər Siyasi Klubunun üzvü, tanınmış telejurnalist-publisist, Turan Qurultayında Türk Dünyasının gənc Asenası adına layiq görülmüş Tamilla Qulami, Azərbaycan Türkiyə Evi Birliyinin sədr müavini Cahandar Bayoğlu, ATXƏM-in icraçı direktoru, şair İlqar İlkin, “Yeni Nəfəs” Gənclər Hərəkatı sədri Seymur Həsənli, alimlərimiz Babək Abışov və Məhəmməd Teymurlu digərləri iştirak edirlər.

2

3

5

6

7

 

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv