Qazaxıstanda Suriyaya dair sülh danışıqları keçiriləcək

Müəllif: resul

Editor

kazakhstanQazaxıstanda Suriyaya dair sülh danışıqları keçiriləcək.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “MIG News” məlumat yayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyaya dair Rusiya ilə birlikdə aparılan danışıqların Qazaxıstanda keçiriləcəyini təsdiqləyib.
O, bildirib ki, Suriya müxalifətinin və hökumət nümayəndələrinin danışıqları bu ölkədə keçiriləcək. Türkiyə XİN rəhbəri həmçinin qeyd edib ki, Suriya hökuməti və digər qüvvələr sakinlərin Hələbdən təxliyə olunmasına şərait yaradıblar.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də Türkiyə ilə birlikdə Suriyada sülh danışıqlarının bərpa olunması üzərində çalışdığını deyib. O, türk müttəfiqlərlə birgə Suriyada ümummilli razılığın və atəşkəsin dayandırılmasına çalışırlar.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır