!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazlı içkilərin satışına məhdudiyyət qoyuldu

!Reklam – Yazi

Fransada küçələrdə qazlı içkilərin satışını təmin edən apparatların qoyulmasına və ya reklam məqsədilə bu içkilərin paylanmasına dövlət səviyyəsində qadağa qoyulub.

Fransa hakimiyyəti hədsiz piylənmənin qarşısının alınması məqsədilə restoranlar və kafelərdə qazlı içkilərin satılmasına məhdudiyyət tətbiq edəcək. Bundan sonra Fransada küçələrdə qazlı içkilərin satılmasını təmin edənə apparatların quraşdırılması və reklam məqsədilə bu içkilərin pulsuz paylanması da qadağan olunub.

Rəsmilər belə bir qadağanın tətbiq edilməsində məqsədin ölkənin əsasən gənc təbəqəsinin piylənməsinin qarşısını almaq olduğunu bəyan edirlər. Fransada ölkə əhalisinin 15%-i artıq çəkidən əziyyət çəkir. Ekspertlər bu göstəricinin qazlı içkilərə qadağa qoymaq üçün elə də yüksək nəticə olmadığı qənaətindədirlər.

Onlar belə bir qadağanın Fransada qazlı içkilərin satılması üçün vergilərin yüksək olması ilə əlaqələndirirlər.

Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığına çox zərərli olmasını əsas gətirərək bütün dünya ölkələrini bu içkilərin satılması üçün yüksək məbləğdə rüsum tətbiq etməyə çağırır.

Yenicag.az

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv