!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qazprom" Türkiyə bazarı ilə bağlı SON QƏRARINI açıqladı

!Reklam – Yazi

““Qazprom” Türkiyədəki təbii qaz istehlakçıları ilə əməkdaşlıq üçün fərqli alternativlər üzərində çalışır”.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bunu “Qazprom”un mətbuat katibi Sergey Kupriyanov bildirib. Şirkətin Türkiyə bazarından çəkilməsiylə bağlı iddiaları şərh edən Kupriyanov qeyd edib ki, “Qazprom” Türkiyə enerji bazarındakı dəyişiklikləri diqqətlə izləyir və yekun iş modeli mövcud konyekturaya uyğunlaşdırılacaq.

Kupriyanov bildirib ki, Türkiyə qaz bazarı “Qazprom”un qaz ixracatında ikinci sırada qərarlaşır və şirkət üçün böyük önəm daşıyır:

“Türkiyənin bölgədəki vacib enerji faktoru artmaqda davam edir. Biz də bu əsasda “Türk axını” layihəsini hazırlayırıq. Bu layihə böyük həcmdə qazı birbaşa Türkiyəyə çatdıracaq”.
Qeyd edək ki, Kommersant qəzeti “Qazprom”un Türkiyə daxili bazarından tamamilə çəkilə biləcəyi iddiasıyla çıxış edib.

Yenicag.az

www.yenicag.az

985
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv