"Qəbələ niyə ikinci pillədədir?"- PFL-dən ŞOK açıqlama

Müəllif: Redaktor

Editor

“Qəbələ” AFFA və Peşəkar Futbol Liqasından növbəti dəfə narazılığını ifadə edib. Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Neftçi” oyunundan sonra klub rəsmi feysbuk səhifəsində belə bir paylaşım edib:

“Məlum səbəblərə görə komandamız yenidən ikinci pillədədir”.

Həmin paylaşımda eyni zamanda “Fair play”, “Premyer Liqaya ədalət”, “Ədalətli futbol” adlı həştəqlaər yaradılıb.
“Qəbələ” bu paylaşımla dünənki matçdakı hakim idarəçiliyinə işarə vurub. Məlum olduğu kimi, “Qarabağ” hakim Ramil Diniyevin müzakirələrə səbəb olan penalti qərarından sonra hesabı bərabərləşdirib. 1:1 hesabı ilə yekunlaşan bu matçdan sonra “Qarabağ” “Qəbələ”ni keçərək yenidən liderliyə yüksəlib.

Məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi klubun atmacasına, elə atmacayla da cavab verib:

“Qarabağ” – “Neftçi” oyunundan sonra “Qəbələ”nin rəsmi feyzbuk səhifəsindəki paylaşımından xəbərim var. “Məlum səbəblərdən komandamız yenidən ikinci pillədədir” dedikdə nəyə işarə vururlar? Yəqin ki, “Sumqayıt”la oyunda 2 xal itirmələrini nəzərdə tuturlar. Əgər “Qəbələ” öz meydançasında “Sumqayıt”ı məğlub etsəydi, bu gün 34 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşacaqdı”.

 

Aygün İlqarqızı
Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir