yenicag.az

“Qəbələ” üçün daha iki rəqib

“Qəbələ” üçün daha iki rəqib

Müəllif: Redaktor

Editor

İyunun 7-dən Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.

Yenicag.az xəbər verir ki, hazırlığı Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər.

Komanda günün ilk yarısında fitnes-zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada topla hərəkətlərdən ibarət olur. Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da kollektivlə məşqlərdə iştirak edirlər. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, “Qəbələ”nin yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

“Qəbələ” sabah Avstriyada növbəti sınağına çıxacaq. Komanda Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir hissədən ibarət matçlarda üz-üzə gələcəklər.

Yenicag.az

 

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti