!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” yeni rekorda doğru

!Reklam – Yazi

qebele yeni rekordaMilli komandamızın “Avro-2016″nın seçmə mərhələsində rəsmi oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə başa çatır.

“Qəbələ” geridə qalan 3 turun yekunlarına əsasən cari mövsümə uğurlu start verməsi ilə diqqət çəkib.

Ən uğurlu start

“Qırmızı-qaralar” fasiləyə şərikli lider kimi yollanmışdı. Sadəcə, “Qarabağ“ “Qəbələ”ni top fərqində deyil, çox qol vurduğuna görə turnir cədvəlində qabaqlayıb. “Qəbələ”nin hər 3 turda meydanı qolsuz tərk etməməsi də diqqət çəkir. 3 turda 7 xal qazanaraq lider mövqeyə yüksəlməsi “Qəbələ”nin tarixində ən uğurlu startdır.

Hətta “qırmızı-qaralar” üçün ən yaxşı mövsümlər olan ötən 2 çempionatda da başlanğıc bu qədər uğurlu olmayıb. Komanda yalnız bu mövsüm ilk 3 turda məğlub olmayıb. 10 mövsümdə ilk 3 turdan sonra nəticələr aşağıdakı kimi olub:

2006/07 – 1 xal
2007/08 – 6 xal
2008/09 – 6 xal
2009/10 – 4 xal
2010/11 – 0 xal
2011/12 – 5 xal
2012/13 – 4 xal
2013/14 – 6 xal
2014/15 – 6 xal
2015/16 – 7 xal

Zets – qol vuran ilk bosniyalı

Çempionatın başlanğıcında vurulmuş 5 qoldan 4-ü yenilərin payına düşür. Hücumçular – Sergey Zenyov, Aleksey Antonov və Ermin Zets artıq milli çempionatımızda qol hesabını açıblar. Samir Zərgərov “Qəbələ”yə 6 ildən sonra qayıdışını çempionatda ilk oyununda qolla qeyd edib. Bununla da 29 yaşlı futbolçu komandasının heyətində 11-ci dəfə fərqlənib. Aleksey Qay isə “Qəbələ”də 5-ci qolunu vurub. Təcrübəli futbolçu həm də ilk dəfə penaltidən rəqib qapısına yol tapıb.

Zets “Qəbələ”də qol hesabını Qəbələdə keçirdiyi ilk oyununda açıb. Yeri gəlmişkən, o, 5-ci matçında (3-ü Avropa Liqası, 2-si çempionat) fərqlənib. Ermin həmyerlisi Miliya Slobodan Jijiçdən (2008/09 mövsümü) sonra “Qəbələ”də çıxış edən 2-ci bosniyalı futbolçudur. “Qırmızı-qaralar”ın heyətində 15 matç keçirən Jijiç fərqlənə bilmədiyindən, Zets “Qəbələ” tarixinə qol vuran ilk bosniyalı futbolçu kimi düşüb.

1 oyunla 2 seriyaya davam

“Qəbələ” “Kəpəz”lə matçda 2 seriyasını davam etdirib. Əvvəla, “Qəbələ” Gəncə təmsilçisiylə ev oyunlarında uduzmur və ardıcıl 3-cü qələbəsini qazanıb. Həm də komanda tarixi rekordunu – çempionatda 16 oyunluq məğlubiyyətsiz seriyanı təkrarlayıb. Daha öncəki rekord 2011-ci ildə qeydə alınmışdı. Uğurlu seriya bu il fevralın 19-da evdə “Xəzər Lənkəran” üzərində qazanılan qələbə ilə başlanıb. “Qəbələ” sentyabrın 13-də “İnter”lə səfər matçında da uduzmazsa, 10 illik tarixində yeni rekorda imza atacaq(Qəbələ İK).

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv