!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ”də 1 illik müqavilə

!Reklam – Yazi

“Qəbələ” klubu müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb.

Yeniçağ.Az xəbər verir ki, ukraynalı futbolçu yeni anlaşmaya əsasən daha 1 il də “qırmızı-qara” formanı geyinəcək.
Müqavilənin müddəti 2018-ci ilin iyun ayında, yəni 2017-2018 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirtdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.

Yeniçağ.az

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv