suda_batmaq_01666Göyçay rayon sakini Qəbələ rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Göyçayın Ləkçiplaq kənd sakini 1995-ci il təvəllüdlü Babayev Sənan Ələsgər oğlu dostları ilə Qəbələ rayonuna istirahətə gedərək Nohur gölündə çimib. O, üzməyi bacarmadığı üçün suda ehtiyatsızlıq edib və boğularaq ölüb. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər və onun meyitini tapa bilməyiblər.

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib. Dalğıc-xilasedicilər Sənan Babayevin meyitini axşam saat 20:30 radələrində gölün 18 metr dərinliyindən taparaq aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

18:56

Qəbələdə göldə bir nəfər batıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində Nohur gölündə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."