yenicag.az

Qəbələdə dəhşətli qətl: ər arvadını boğaraq öldürdü

Qəbələdə dəhşətli qətl: ər arvadını boğaraq öldürdü

Müəllif: Redaktor

Editor

31ca42af0a145487a93dbcb784c6dcbd (1)Qəbələ rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Kürd kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti