yenicag.az
yenicag.az

Qəbələdə dəhşətli qəza: 24 yaşlı sürücü öldü – VİDEO

Qəbələdə dəhşətli qəza: 24 yaşlı sürücü öldü – VİDEO

Müəllif: Redaktor

Editor

unnamed-2Qəbələdə “Mersedes” ağaca çırpılıb, ölən və xəsarət alan var .

ARB Şəki xəbər verir ki, Qəbələdə bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saat 1:30 radələrində Qəbələ-Oğuz avtomobil yolunda, Nic qəsəbəsi ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun idarə etdiyi 99-EK-352 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 24 yaşlı sürücü İntiqam Qaracayev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış İntiqam Qaracayevin meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.Qəza zamanı avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Abbasova Esmira Əsədəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti