!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbir təmizləməklə aclıqdan ölməməyə çalışan şəhid bacısının acı taleyi

!Reklam – Yazi

1437075721_n1“Evi, maşını olan adamlar tanıyıram ki, sosial yardım alırlar”

Buzovna qəsəbəsi Naxçıvan küçəsində bir qəbirstanlıq yerləşir. Bakı şəhərinin müxtəlif yerlərindən insanlar öz yaxınlarını sözü gedən qəbirstanlıqda torpağa tapşırır. Həmin qəbristanlığın yaxınlığında qatar vaqonunda çox yoxsul şəraitdə yaşayan bir ailə var. Ailənin başçısı milliyətcə azərbaycanlı olsa da, adı Sergeydir.  Yayın qızmar, dözülməz günlərində, qışın soyuq oğlan çağında uçuq-sökük vaqonda yaşayan üçüncü qrup gözdən əlil, şəhid bacısı və qardaş-bacısı olmayan balaca bir məktəbli uşaqla yaxından tanış olaq.

– Sergey, mümkünsə özünüz haqqınızda qısaca məlumat verərdiniz…

– Paşayev Sergey Paşa oğlu. 1963-cü ilin oktyabrn 25-i Qusar rayonu İmamqulu kəndindən anadan olmuşam.

– Xanım, zəhmət olmasa, siz də özünüzlə bağlı qısaca məlumat verərdiniz.

– Paşayeva Nargilə Rizvan qızı. 1969-cu il fevralın 15-də Balakən rayonunun Katex kəndində anadan olmuşam.

– Oğlunuzun adı Əkrəmdir?

– Hə, rəhmətlik qardaşımın adını qoymuşuq.

– Qardaşınız cavan rəhmətə gedib?

– Bəli… İsayev Əkrəm Rizvan oğlu Qarabağımızın azadlığı uğrunda 1994-cü il aprelin 14-də, Ağdam rayonunun, Küllücə kəndində son nəfəsinə kimi döyüşərək, şəhid olub.

– Nə zamandan bu uçuq-sökük vaqonda yaşayırsınız?

– 2007-ci ildə ailə qurduğumuz gündən. Baxın, yaşayış tərzimiz belədir. Suyu pulla alırıq bir kub metr 4 manata. Qazımız, heç bir mətbəx şəraitimiz yoxdur. Bir uçuq-sökük vaqonda yaşayan ailə hansı şəraitdə yaşaya bilər? Bundan artıq nə ola bilər ki?

 – Yoldaşınız üçüncü qrup gözdən əlil, siz özünüz də şəhid bacısı olaraq, aidiyyatı orqanlara müraciət etmisiniz?

– Bəli, dəfələrlə müraciət etmişik. Uzun müraciətlərdən sonra Xəzər rayonu İcra Hakimiyyətindən nümayəndə gəlmişdi. “Hələ ki, heç bir imkanımız yoxdur” deyib, getdilər. Məni şəhid bacısı olaraq bir sual maraqlandırır. Görəsən müraciət etdiyimiz gündən bu yana Xəzər rayonu İcra hakimiyyətinin heç 100 manatıdamı olmadı, bizə azda olsa, lap cüzi koməklik edə bilsinlər? Sosial yardımla bağlı müraciət etdik, bütün cəhdlər boşa çıxdı. Qəzetiniz vasitəsi ilə Sosial Yardım Fonduna bir daha müraciət edirəm. Bizə də imkan daxilində başqaları kimi sosial yardım ayrılsın. Adamlar tanıyıram, maşınları da var, evləri də, amma bizdən fərqli olaraq sosial yardım alırlar.

– Nə işlə məşqul olursunuz? Dolanışıq gəliriniz hardandır?

– Hardan olacaq ay qardas? Bütün ailəliklə qəbristanlığın qapısının yanında dayanırıq. Kimlərsə doğmalarını qəbrstanlığa yad etməyə gələndə kiməsə lazım olandan bizi çağırır, qəbr daşlarını və ətrafını təmizləyirik, bunun qarşılığında 1-2 manat verirlər. Yoldaşım Sergeylə oğlum Əkrəm qəbr daşlarının ətrafını otlardan və alaqlardan təmizləyirlər, mən də qəbr daşlarını silib təmizləyirəm. Elə gün olur, qəbristanlığa heç kim gəlmir. Həmin gün gözümüz yalnız yolda qalır ki, kimsə bəlkə gələcək, çorək almağa pulumuz olsun.

1437075700_n– Nargilə xanım, şəhid bacısı olaraq “Millətim” qəzeti vasitəsi ilə nə kimi kömək istərdiniz?

– Qəzetiniz vasitəsi ilə Xəzər rayonu deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımdan və xalqımızın bütün xeyriyyəçi insanlarından kömək istəyirəm. Bir cüt coraba belə ehtiyacımız var.

Sonda Nargilə xanım ağlaya-ağlaya, göz yaşları yanağından süzülə-süzülə, “bu ayın 22-si anamın il dönümüdür. Amma Balakən rayonuna anamın hüzuruna getməyə heç bir imkanım yoxdur. 20 manatım belə olsaydı, gedərdim. Ancaq yoxdur”.

Söhbətləşdi: Elvin Baycan

Dəyanət Babayev/ “Millətim”

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv