Yazı İçi 468×60

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarında iştirak qiymətləri (tarifləri) Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Bununla əlaqədar müvafiq olaraq ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.

Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanının və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli fərmanının icrasını təmin etmək məqsədi daşıyır. Həmin fərmanlarla bu sahədə səlahiyyətlər Tarif (qiymət) Şurasına həvalə edilib. Bundan sonrakı mərhələdə Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarında iştirakla bağlı tarifləri müəyyənləşdirəcək. Dövlət İmtahan Mərkəzi də bu tariflərə uyğun ödənişli əsasda bu ildən başlayaraq orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarını təşkil edəcək.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."